Yuxarı

Xəzərin ətrafında turizm zonaları yaradılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin ətrafında turizm zonaları yaradılacaq

Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzində olub.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

"Hazırda 3-cü regional inkişaf proqramı həyata keçirilir. Bu proqrama nəzarəti birbaşa dövlət başçısı edir. "İqtisadiyyatın yol xəritəsi"ndə regionların inkişafı əsas istiqamətlərdən biridir. Burada müəyyən edilən əsas 11 istiqamət üzrə əsasən, ölkənin kənd təsərrüfatı sahəsinə, regionların turuzm potensialına, sənayeləşməyə, kiçik -orta sahibkarlığın dəstəklənməsinə böyük önəm verilir. Çünki bu qeyd etdiyim məsələlər rügionlar üçün xüsusi əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, Azərbaycanda azad turizm zonalarının yaradılması mövzusy bu gün çox aktualdır və bununla bağlı hazırlanan senədlər müzakirə olunur.

"Azərbaycanda turizm potensialının inkişaf etdirilməsi üçün son zamanlar çox ciddi addımlar atılıb. Bunun nəticəsidir ki, Azərbaycana turistlərinin marağının artmasını müşahidə edirik. Bir neçə ildir ölkıdə turizm sahəsinə külli miqdarda vəsait ayrılıb. Xüsusi turizm zonalarının əvvəlcə Xəzər dənizinin ətrafında yaradılması nəzərdə tutulub. Yəni burada çimərlik turizminin inkişafı, inrastrukturunun qurulması planlaşdırılır. Bu da sahibkarlara turizm potensialının inkişafına xidmət göstərmək üçün bpyük şərait yaradacaq",- deyə nazir müavini vurğulayıb.

Tarix
2016.07.05 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla