Yuxarı

Bu qatarların şənbə və bazar günü qrafikində dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qatarların şənbə və bazar günü qrafikində dəyişiklik edildi

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir.

Bu barədə Axar.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

“Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir: Bakı–Xırdalan–Sumqayıt: saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30. Sumqayıt-Xırdalan-Bakı: Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30. Bakı-Pirşağı-Sumqayıt: Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00. Sumqayıt-Pirşağı-Bakı: Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda bildirilib.

Tarix
2025.08.08 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident və xanımı Xankəndidədir

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?

Putin İlham Əliyevi təbrik etdi

Bakı Bəyannaməsi BMT sənədi kimi dərc olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla