Yuxarı

AZAL biletləri 264% bahalaşdırıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL biletləri 264% bahalaşdırıb

Moskva-Antalya müntəzəm aviareysi bərpa olunduqdan sonra biletlər orta hesabla 75,6% bahalaşıb.

APA xəbər verir ki, bu barədə "Aviakassa" onlayn agentliyinin hesabatına istinadən Rusiyanın turizm operatorları assosiasiyası məlumat yayıb.

Hesabat assosiasiyanın sifarişi ilə hazırlanıb.

Türkiyəyə səfər etmək istəyən turistlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda "Pegasus Airlines" aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl olub. AZAL-ın biletləri isə 264% bahalaşaraq 13,5 min rubla çatıb. "Aeroflot" və "Turkish Airlines" aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətə tapılır. Belə ki, "Aeroflot"un xidmətlərindən yararlanaraq qeyd edilən istiqamət üzrə uçmaq istəyən 1 şəxs 21,4 min rubl, "Turkish Airlines"la uçmaq istəyən isə 48 min rubl xərcə düşəcək.

Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb.

Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.

Tarix
2016.07.06 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla