Yuxarı

Bakı metrosu “Qarabağ”a görə gücləndirilmiş rejimə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakı Metropoliteni QSC gücləndirilmiş rejimdə işləyəcək.

Axar.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qurum “Qarabağ” Futbol Klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

"Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək", - məlumatda qeyd olunub.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Tarix
2025.08.11 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Solovyov Bakını hədələdi: Yeni hərbi əməliyyat... - Video

Prezidentdən Rauf Vəliyev barədə sərəncam

İran Zəngəzurda fürsətləri itirdi – Sərməst

Ukrayna Azərbaycana təşəkkür etdi

Kreml və Tehran şokdan “ayıldı”: Zəngəzura qarşı “zəhər” yağışı...

Paşinyan Pezeşkianla danışdı: Vaşinqton görüşü...

İordaniya kralı İlham Əliyevə zəng etdi

Rusiyanın raket zərbələri: Kreml Bakı ilə gərginliyi artırır

“Azerbaijan” və “İlham Aliyev” həştəqləri X-da trend oldu - Foto

Prezidentdən Ukrayna ilə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla