Yuxarı

Azərbaycanda 1 milyondan artıq elektron poçt bloklandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində XRİTDX tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT ("Advanced Persistent Threat") kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

XRİTDX-nin daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7 455 124 elektron poçt emal olunub. Onlardan 6 103 281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1 351 843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.

Tarix
2025.08.11 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Solovyov Bakını hədələdi: Yeni hərbi əməliyyat... - Video

Prezidentdən Rauf Vəliyev barədə sərəncam

İran Zəngəzurda fürsətləri itirdi – Sərməst

Ukrayna Azərbaycana təşəkkür etdi

Kreml və Tehran şokdan “ayıldı”: Zəngəzura qarşı “zəhər” yağışı...

Paşinyan Pezeşkianla danışdı: Vaşinqton görüşü...

İordaniya kralı İlham Əliyevə zəng etdi

Rusiyanın raket zərbələri: Kreml Bakı ilə gərginliyi artırır

“Azerbaijan” və “İlham Aliyev” həştəqləri X-da trend oldu - Foto

Prezidentdən Ukrayna ilə bağlı sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla