Yuxarı

Azərbaycanda bu məhsullar bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının qiymətlərində qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ötən ay iyun ilə müqayisədə çörək 0,1%, ət və ət məhsulları 1,2%, süd və süd məhsulları 0,4%, kərə və bitki yağı 0,6%, qənd 0,7%, çay 0,3% bahalaşıb.

Ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

Beləliklə, iyulda bir əvvəlki aya nisbətdə meyvə1,3%, tərəvəz 6,7%, yumurta 1,1% ucuzlaşıb.

2025-ci ilin iyulda qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib.

İyulda əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tarix
2025.08.11 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Makronla da danışdı: Tarixi sülh sazişi...

Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general

Solovyov Bakını hədələdi: Yeni hərbi əməliyyat... - Video

Prezidentdən Rauf Vəliyev barədə sərəncam

İran Zəngəzurda fürsətləri itirdi – Sərməst

Ukrayna Azərbaycana təşəkkür etdi

Kreml və Tehran şokdan “ayıldı”: Zəngəzura qarşı “zəhər” yağışı...

Paşinyan Pezeşkianla danışdı: Vaşinqton görüşü...

İordaniya kralı İlham Əliyevə zəng etdi

Rusiyanın raket zərbələri: Kreml Bakı ilə gərginliyi artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla