Yuxarı

Xəzər Günündə 768 kq tullantı toplanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Sıfır Tullantı” Həmrəylik Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə 12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününə həsr edilib.

Aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqram məişət tullantısı toplanılaraq aidiyyatı üzrə təhvil verilib. Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər qoşulub.

Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının vacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizi xalqımızın ən dəyərli təbii sərvətlərindən biridir və onun qorunması hər birimizin mənəvi borcudur. “Sıfır Tullantı Həmrəylik Marafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır. Bu layihə cəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin formalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır. Məqsədimiz təbiətə sahib çıxmaq və gələcək nəsillərə daha sağlam ekoloji mühit bəxş etməkdir”.

Ətraflı məlumat: https://shorturl.at/9K9p2

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Tarix
2025.08.12 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Mühacirani brifinqə xəritə ilə çıxdı: Zəngəzur dəhlizi... - Video

Paşinyan Avropa Şurasının sədri ilə danışdı

Vardanyan ermənilərin türklərlə bağlı bu sözlərinə əsəbiləşdi

Millətçilərin Azərbaycanla bağlı təsəvvürləri yanlışdır - Vali

Bakı və İrəvan arasında sülh İrana ziyan vurmur - İran KİV

Simonyan sülh sazişindən danışdı: Qorxu olmadan...

Poqosyan: Ermənistan Azərbaycan üçün bu cür ölkədir

Zəngəzur dəhlizinin uzunluğu nə qədərdir: 32, 42, yoxsa 44 km?

Beqay İlham Əliyevə zəng etdi: Vaşinqton görüşü...

Paşinyan Pezeşkianı razı salmaq üçün hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla