Yuxarı

İlqar Məmmədovun qətlinin üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlqar Məmmədovun qətlinin üstü açıldı

Xaçmaz rayonunda öldürülən iş adamının qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumatına görə, 53 yaşlı iş adamı İlqar Məmmədov öz evində iki nəfər tərəfindən qətlə yetirilib.

Xaçmaz polis və prokurorluq əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədirləri nəticəsində qətli törədən şəxlərdən biri saxlanılıb.

Saxlanılan şəxs Xaçmazın Ağyazı Buduq kənd sakini 25 yaşlı Qalib Nəcməddin oğlu Kərimovdur. Qətli törədən digər şəxs isə axtarışda olduğu üçün adı açıqlanmır. Axtarışda olan şəxs də Xaçmaz rayon sakinidir.

Polisin verdiyi məlumata görə, iş adamı tamah məqsədi ilə öldürülüb. Qalib Kərimov da qətli tamah məqsədi ilə törətdiklərini etiraf edib.

Amma saxlanılan şəxs evdən pul aparmadığını desə də, hüquq-mühafizə orqanları onun söylədiklərində nə qədər səmimi olub-olmamasını araşdırır.

Qətl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

İş adamı İlqar Məmmədov iyunun 16-da öz evində qətlə yetirilib.

Onun evinin həyətində tapılan meyitinin üzərində zorakılıq əlamətləri olub. Hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib. Ailəsi uşaqları tələbə olduğundan Bakıda yaşayan mərhum ərzaq mallarının topdansatışı ilə məşğul olub. Mərhum bıçaqla qətlə yetirilib.

Tarix
2016.07.08 / 09:03
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla