Yuxarı

Ölkəyə GMO məhsulları gətirənlər həbs olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə GMO məhsulları gətirənlər həbs olunacaq

Geni dəyişdirilmiş bütün bitki toxumu və bitki materiallarının, o cümlədən taxılın və çayın Azərbaycana çətirilməsi cinayət və inzibati cəza məsuliyyəti yaradacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələr təklif olunur.

Məcəllələrə yeni məsuliyyətlər ilə bağlı ediləcək əlavələr ötən sessiyada "Taxıl haqqında", "Çayçılıq haqqında" və "Toxumçuluq haqqında" qanuna edilən əlavələrdən irəli gəlir. Əlavələrə görə ölkəyə geni dəyişdirilmiş bitki toxumu, taxıl və çay məhsullarının Azərbaycana gətirilməsi və ölkə ərazisində satışı, istehlakı qadağan olunub.

Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələrə görə, bu məhsulların ölkəyə gətirilməsi miqdarından asılı olaraq 8 min manata qədər cərimə və ya 2 il müddətinə qədər azadlıqdan məhrum etmə ilə məsuliyyət yaradacağı gözlənilir.

Yeni layihələrin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub.

Tarix
2016.07.08 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla