Yuxarı

Prezident Hökumənin ailəsinə evin açarlarını təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Qəhrəman Hökumə Əliyevanın ailə üzvləri Kəlbəcərə köçürlər.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Milli Qəhrəmanın atası Cəlil Əliyev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ailəyə yeni mənzilin açarlarını təqdim edib:

“Yaxın günlərdə Kəlbəcərə köçəcəyik. Mən özüm də Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərəcəm. Cənab Prezident mənzilin açarlarını təqdim edərkən yüksək qürurla Milli Qəhrəman atası olduğumu vurğuladı. Görüş zamanı həm işğaldan azad olunmuş torpaqlarımızdan, həm də ordumuzun gücündən danışdı. Prezident hər kəslə səmimi söhbət etdi və salamladı. Birinci vitse-prezident Mehriban Əliyeva da həyat yoldaşımla söhbət etdi və birgə şəkil çəkdirdilər”.

Cəlil Əliyevin sözlərinə görə, ailə dördotaqlı mənzilə köçəcək:

“Oğlum və gəlinim də daxil olmaqla bütün ailə üzvlərimizlə Kəlbəcərdə yaşayacağıq. Biz Kəlbəcərə köçürülən 20 ailədən biriyik”.

Qəhrəman atasının sözlərinə görə, Hökümə Əliyevanın adının əbədiləşdirilməsi ailənin böyük arzusudur:

“Məktəbə və ya küçəyə qızımın adının verilməsini istəyirik. Eyni zamanda, işğaldan azad olunan torpaqlarda inşa edilən hava limanlarından birinə Hökumə Əliyevanın adının verilməsini arzulayırıq. Bununla bağlı rəsmi müraciət etməyi düşünürük”.

Tarix
2025.08.21 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla