Yuxarı

Boya istehsalı zavodundakı yanğın söndürüldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boya istehsalı zavodundakı yanğın söndürüldü - Video

11:11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir. Havanın güclü küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.

Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub.

Tarix
2025.08.22 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Buna görə dünyada birinci yerdəyik...

Biz bu məsələdə misilsiz təcrübə formalaşdırmışıq - Prezident

Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı - Videoçarx

Yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də...

İlham Əliyev "Avronyus" kanalına müsahibə verdi - Foto

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla