Yuxarı

Bakıda piyada ölümü – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyada ölümü – Anbaan video

Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnir.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, qaydalara riayət etməklə yalnız özünün deyil, eyni zamanda, digər insanların da təhlükəsizliyini qorumuş olur.

"Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən - piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Bu tələblərə əməl edilməməsi isə ağır nəticələrə gətirib çıxarır".

BDYPİ bir daha xatırladıb ki, piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır. Keçidə daxil olmazdan əvvəl mütləq şəkildə yol vəziyyətini dəyərləndirmək, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və dayana bilmə imkanlarını nəzərə almaq lazımdır. Yolu qəfil və ya gözlənilmədən keçməyə çalışmaq həm piyada, həm də sürücülər üçün böyük risk yaradır.

"Yolu keçərkən diqqətinizi tamamilə hərəkətə yönəldin. Mobil telefondan, qulaqlıqlardan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməyin. Hətta piyada keçidindən istifadə etdiyiniz halda belə, yalnız sürücünün sizi gördüyünə və dayana biləcəyinə əmin olduqdan sonra yolu keçin.

Unutmayın: təhlükəsizlik yalnız sürücülərdən deyil, həm də piyadaların diqqətindən və məsuliyyətindən asılıdır. Qaydalara əməl etməklə siz həm özünüzü, həm də ətrafınızdakı insanların həyatını qoruyursunuz", - deyə BDYPİ-nin məlumatında qeyd olunub.

Tarix
2025.08.22 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Orbandan Əliyevlə bağlı paylaşım: Dostu görmək...

Ceyhun Bayramov Hakan Fidanla Qəbələdə görüşdü

AŞ komitəsi Bakıya buraxıldı: AŞPA-ya qayıtmaq üçün ilk addım

Hakan Fidan Azərbaycana gəldi

Gəncəyə raket atılması əmrini kim verib? - Məhkəmə

Moskvadan Bakıya "xəbərdarlıq": Ukraynanın taleyi...

Sabah liderlər Qəbələdə nələri müzakirə edəcəklər?

Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İlham Əliyev Orbanla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla