Yuxarı

Bakının bu məşhur küçəsi maşınlar üçün bağlanır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu məşhur küçəsi maşınlar üçün bağlanır - Foto

Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması, həmçinin geniş abadlıq-quruculuq işləri aparılır.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Xatırladaq ki, XIX-XX əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosunun mərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur. Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindən bu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.

Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar ərazilər olan Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur.

Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq.

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq.

Tarix
2025.08.22 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla