Yuxarı

Erməni alimlərini qınaya bilmirəm - Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni alimlərini qınaya bilmirəm - Professor

Azərbaycanla Ermənistan arasında sülhə dair əldə edilən razılaşmalarda bir-birinə qarşı olan zərərli təbliğat işlərinə son qoymaq məsələsi də əksini tapıb. Sözsüz ki, bunlar fərqli yanaşmaların nəticəsində ortaya çıxan amillərdir. Bu, heç də xalqdan gələn “təşəbbüs” deyil. Belə halların olmasında maraqlı qüvvələr var.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

O bildirib ki, Rusiya, İran və Fransadan verilən təlimatlar əsasında Ermənistan cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı əks-təbliğat həyata keçirilir: “Bu cür hallar məhz kənar təsirlərlə körüklənir. Belə işlərlə məşğul olmaq sadə insanların ağlına belə gəlmir. İndi sülhə nail olmaq üçün təbliğat məsələlərində diqqətli olmaq lazımdır. Zamanla bəzi məsələlər həllini tapacaq. Sözsüz ki, xalq olaraq kiminlə qonşu olduğumuzu unutmamalıyıq. Rusiyanın Cənubi Qafqazda olan maraqları fonunda bölgədə təxribatların, pozuculuq hallarının olması istisna edilmir”.

Firudin Cəlilovun fikrincə, xalqlar arasında dostluğu və düşmənçiliyi təbliğ edənlər ilk növbədə alimlər, diplomatlar və siyasətçilərdir:

“Mən erməni alimini qınaya bilmirəm. O yazır ki, Nuh peyğəmbər də erməni idi, “böyük Ermənistan” olub və s. Azərbaycan tarixçiləri, alimləri isə bilərəkdən və ya bilməyərəkdən ermənilərin “dəyirmanına su tökürlər”. Vaxtilə erməni alimləri Qarabağ mövzusuna aid yüzə qədər kitab yazmışdılar. Azərbaycanda isə bu barmaqla sayılacaq səviyyədə idi. Ermənilər məhz o yazılarla cəmiyyəti bu prosesə hazırlamağa çalışırdılar”.

Professor hesab edir ki, ermənilərə Qafqazda dövlət yaradan Rusiya imperiyası onların ərazilərini genişləndirmək istəyirdi:

“Bu “plan” baş tutmadı. Əsas “A variantı” məhz bu idi ki, keçmiş Dağlıq Qarabağın ərazisi Ermənistana birləşdirilsin. Amma Azərbaycan bunun qarşısını aldı. Unutmaq olmaz ki, o qüvvələrin “B planı” da var. Ona görə də bundan sonra daha çox diqqətli olmalıyıq”.

Tarix
2025.08.25 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qəzza sammitinə dəvət aldı

Bu rayonun kəndlərində elektrik olmayacaq

Yaşar Gülər Kərim Vəliyevlə birgə təlimi izlədi - Video

Azərbaycan hərbçiləri Özbəkistana yola düşdü

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Bayramov Fidanla danışdı: Qəzza razılaşması...

Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat

TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla