Yuxarı

Şvıdkoydan Mehriban Əliyevaya doğum günü təbriki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şvıdkoydan Mehriban Əliyevaya doğum günü təbriki...

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm və əziz Mehriban xanım.

Qadın gözəlliyinin və siyasi yetkinliyin zirvəsində qeyd etdiyiniz doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş yorulmaz fəaliyyətiniz ölkənizdə və onun hüdudlarından kənarda Sizə dərin hörmət qazandırıb.

Siz Azərbaycanın indiki əmin-amanlığı və ərazi bütövlüyünün bərpası üçün inanılmaz dərəcədə çoxlu iş görmüsünüz. Görkəmli siyasi xadim kimi Siz, eyni zamanda, yaxınlarınızın isindiyi ailə ocağının qayğıkeş qoruyucusunuz və bu, ən yüksək qiymətə layiqdir.

Fürsətdən istifadə edərək bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və ailənizin bütün üzvlərinə salamlarımı çatdırmağı Sizdən xahiş edirəm.

Sizə uzun və xoşbəxt illər arzulayıram”.

Tarix
2025.08.25 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla