Yuxarı

İnternet provayderlər müştəriləri necə aldadır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternet provayderlər müştəriləri necə aldadır? - Ekspert

"Yalnız "Delta Telecom" bilir ki, provayderlər müştəriləri "çəkidə" necə aldadır".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi. Onun sözlərinə görə, İnternetin sürətinin zəif olmasında bir deyil, bir neçə amil rol oynayır:

"Azərbaycandan 20 provayderin müştəriləri arasında İnternetin sürəti ilə bağlı çoxsaylı testlər keçirilib. Testlərin nəticəsi olaraq ölkə üzrə orta sürət göstəricisi çıxarılıb və Azərbaycan üzrə İnternetin orta sürəti 4.25 Mbit/san olub".

Ekspert hesab edir ki, İnternetin sürəti ilə qiyməti arasında uyğunsuzluq var: "Aşağı sürətlər üçün qonşu ölkələrlə müqayisədə qiymətlər bir neçə dəfə, böyük sürətlər üçün isə xeyli dərəcədə bahadır. Məsələn 4 Mbit/san İnternetin qiyməti Azərbaycanda 30-40, Rusiyada 9, Ukraynada isə cəmi 6 ABŞ dollarıdır".

Qiymətlərin aşağı salınması məsələsinə gəlincə, O. Gündüz hesab edir ki, RİTN bu məsələ ilə bağlı provayderlərə təsir göstərə bilmir: "RİTN-də bir neçə dəfə provayderlərin toplantısı keçirilib və RİTN qiymətlərin endirilməsini təklif etsə də, provayderlər razılaşmayıb. Onlar bunu xərclərinin çox olması ilə izah ediblər. Amma real vəziyyət tam əksini göstərir. Provayderlər, sadəcə, RİTN-ə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Və ya RİTN-də bu vəziyyətlə barışmaq istəyənlər var. Yalnız "Delta Telecom" bilir ki, provayderlər müştəriləri "çəkidə" necə aldadır. Bilir ki, provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır və həmin provayderin müştərilərinin tələbatına cavab vermir".

Xatırladaq ki, son zamanlar internet istifadəçiləri İnternetin sürətinin zəiflədiyini deyirlər. Onların sözlərinə görə, provayderlər istifadəçiləri şərtlərdə göstərilən sürətli İnternetlə təmin edə bilmir və tez-tez qırılmalar baş verir.

Tarix
2014.02.26 / 14:35
Müəllif
Tural İbadov
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla