Yuxarı

Tanınmış alimi öldürən həkim barışıq üçün pul təklif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış alimi öldürən həkim barışıq üçün pul təklif etdi

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesə zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.

Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub:

"Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş ediləcəyini də bildirimişik. Hazırda onlardan cavab gözləyirik. Zərərçəkənlərlə barışmaq üçün cəhdləri davam etdiririk".

Azər Maqsudov deyib ki, qarşı tərəflə barışığa hazırdır. O da zərərçəkən tərəfdən bununla bağlı cavab gözlədiyini deyib.

Növbəti iclas sentybarın 8-nə kimi təxirə salınıb.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Tarix
2025.08.28 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla