Yuxarı

Otellər bahadırsa... - Nazirdən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Otellər bahadırsa... - Nazirdən açıqlama

Azərbaycanda hotellərdə qiymətlərin formalaşdırılmasına dövlət təsir edə bilməz.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir: "Qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur. Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik".

Nazir vurğulayıb ki, Azərbaycanda turizm bazarı heç bir monopoliyaya məruz qalmır: "Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir".

Ə.Qarayev bildirib ki, Azərbaycanda turizimin inkişafı prioritet istiqamətlərdən biridir: "Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın".

Nazir əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xeyli müsbət təsir edib.

Tarix
2016.07.11 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla