Yuxarı

Rövşən Lənkəranskiyə ölüm hökmü verən tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövşən Lənkəranskiyə ölüm hökmü verən tutuldu

Hüquq mühafizə orqanları Moskvada Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovu saxlayıb.

ANS-in məlumatına görə, Rusiya kriminal aləminin xaç atası sayılan Aslan Usoyanın (Ded Xasan) varisi ötən gün cinayət işi çərçivəsində tutulub.

Şakro Molodoy ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən "Elements" restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Dekabrda baş verən hadisəyə görə tutulanlardan biri "İtalyalı" ləqəbli avtoritet Andrey Koçuykovun Şakro Molodoyla sıx bağlılığı var. "Solntsevski qruplaşması" liderlərindən biri olan Koçuykovun "Elements" restoranına "razborka"ya məhz Şakro Molodoyun əmriylə getdiyi bildirilir.

Hadisənin "Elements" restoranının sahibəsi Janna Kim və dizayner Fatimə Misikova arasındakı borca görə baş verdiyi bildirilir. İddiaya görə, Kim Mosikovaya 8 milyon rubl (192 800 manat) borclu olub və borcu verməkdən imtina edib.

Misikova isə öz növbəsində kriminal aləmin nümayəndələrinə müraciət edərək məsələni həll etməyi xahiş edib.

Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəflə "razborka"ya çıxıb. Onlarla Janna Kimin adamları arasında baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, Ded Xasanın ölümündən sonra nüfuzlu avtoritet Şakro Molodoy keçən il (Zaxari Kalaşov) İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. 2014-ci il dekabr ayında Şakro Molodoy İrəvanda genişmiqyaslı yığıncağ keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanlar Merab və Taronun cəzalandırmağını təklif edib.

Bəzi mənbələrin məlumatına görə, Z.Kalaşovun azadlığa çıxması ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayıb. Bunun əsas səbəbi isə Ded Xasanın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə (Rövşən Lənkəranski) yönəlmişdi. Hətta Şakronun onun ölüm hökmünü belə verdiyi deyilirdi.

Ded Xasanın qətlində adı hallandırılan gürcü qanuni oğrular - Cemal Mikeladze (Cemo) ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər qanuni oğru Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib.

Hər iki qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, Şakro Molodoyun azadlığa çıxması ərəfəsində hədəf Rövşən Lənkəranski olub.

Merab Canqveladze Tariel Oniani ilə (Taro) Ded Xasana qarşı çıxan qruplaşmaya başçılıq edib. Bu qruplaşmanın lideri isə Rövşən Lənkəranskidir. Merab və Taro arasında telefon danışığından məlum olub ki, onlar 2012-ci ildə qətlə yetirilən Ded Xasanın vurulmasına hökm veriblər. "Bu bizim hamımız üçün ad günüdür. Biz irəli yüz addım atdıq", - kriminal generallar telefon danışıqlarında seviniblər.

Tarix
2016.07.12 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla