Yuxarı

Bacısını öldürən qardaş polisə təslim oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısını öldürən qardaş polisə təslim oldu

Münaqişə zəminində bacısını bıçaqla qətlə yetirən Məhəmməd Hüseynov polisə təslim olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 11-də Sabirabad rayonunun Balakənd kəndində yaşayan 1975-ci il təvəllüdlü Məhəmməd Fəxrəddin oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində doğma bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyə Fəxrəddın qızı Hüseynovanı bıçaqlayaraq öldürüb.

Daha sonra M.Hüseynov könüllü olaraq Sabirabad RPŞ-yə gələrək təslim olub. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini açıqlayıb. Cinayətkar 32 yaşlı Şəmsiyyənin ailəsinə yaraşmayan hərəkətlər etdiyini deyib.

Lent.az-ın məlumatına görə, hadisə vaxtı 32 yaşlı qadın qardaşının bıçaq zərbələrindən yayınmaq istəsə də, M.Hüseynov qaçaraq onu yaxalayıb və kürəyinə çoxsaylı bıçaq zərbəsi endirib.

İlkin araşdırmadan sonra məlum olub ki, Şəmsiyyə Hüseynova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və iki övladı ilə ata evinə qayıdıb. Ata evində məskunlaşan qadının övladlarından böyüyü orta məktəbin 8-ci sinfində, digəri isə ibtidai sinifdə oxuyurmuş.

Hadisəni törədən Məhəmməd Hüseynov isə xeyli vaxt imiş ki, ailəsi ilə birgə Saatlı rayonunun Saracalı kəndində yaşayırmış. Lakin onun böyük övladı nənə-babasından ayrıla bilmədiyi üçün Balakənddə qalıb və məktəbə də burada gedir.

Xatırladaq ki, Sabirabad rayonunda oxşar ssenarili qətl hadisəsi bu ilin mart ayının 1-də qeydə alınmışdı. Rayonun Qalağayın kəndində 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranan mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Kənd sakinləri Famil İbişovun psixoloji problemləri olduğunu bildirmişdilər.

Dünyasını dəyişən qadın ailəli olub və qətldən bir müddət əvvəl boşanaraq ata evinə qayıdıb. Hadisə baş verən vaxt da evdə iki nəfərdən başqa heç kim olmayıb.

Tarix
2016.07.12 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla