Yuxarı

2016-2017 ov mövsümü başladı – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2016-2017 ov mövsümü başladı – Siyahı

Azərbaycan Respublikası ərazisində 2016-2017-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, respublika ərazisində Dağıstan turunun (təkə), qabanın, dovşanın, bataqlıq qunduzunun (nutriya), cüllütün (ağquyruq, çökükburun, qırqıldayan cüllüt (kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla), qazın (ağqaş və qırmızıdöş qaz istisna olmaqla), ördəyin (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) və qaşqaldağın ovlanmasına icazə verilir.

Dağıstan turu bu il iyunun 18-dən oktyabrın 15-dək, qaban sentyabrın 17-dən dekabrın 17-nə kimi, dovşan isə 2016-cı il noyabrın 12-dən 2017-ci il yanvarın 14-dək ovlana bilər. Bataqlıq qunduzunu oktyabrın 8-dən gələn il fevralın 18-nə qədər volyerlərdə saxlamaq üçün ovlamaq olar.

Cüllütün ovu bu il sentyabrın 17-dən noyabrın 12-dək, qazın, ördəyin və qaşqaldağın ovu isə 2016-cı il oktyabrın 15-dən 2017-ci il martın 11-nə kimi mümkündür.

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə ərazi ekologiya və təbii sərvətlər şöbələrinə müraciət oluna bilər.

Tarix
2016.07.12 / 14:02
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla