Yuxarı

Astarada molla məsciddə bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda molla məsciddə bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib. Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb. Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib. Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.

Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb. Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib. Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.

Ceyhun məsələni araşdırmaq üçün qızıgilə gedərkən məlum olub ki, onun qızı Azadı söyməyib, əksinə, Azad onun qızına nalayiq sözlər deyib. Hadisədən əsəbiləşən Ceyhun evindən bıçaq götürərək məscidə gəlib. O, məscidin qarşısında Azadı görüb və cibindən bıçağı çıxararaq ona hücum edib. Azad ondan qaçmaq üçün məscidə daxil olub, qapını bağlamaq istəyərkən, Ceyhun qapının arasından bıçaqla Ceyhunun qol və ağız nahiyəsinə zərbələr endirib.

Məsciddəki şəxslər hadisə yerinə gələrək onları aralayıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Ceyhunu saxlayıblar və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Astara Rayon Məhkəməsinin hökmü ilə C.Babayev 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, zərərçəkmiş şəxs Astara rayonu ərazisində dini mərasimlərdə molla kimi fəaliyyət göstərirmiş.

Tarix
2025.09.02 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Pakistandan Azərbaycana dəstək...

Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm! - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla