Yuxarı

İlin ikinci Ay tutulması bu tarixdə baş verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Axar.az-a verilən məlumata görə, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək. Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.

2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də Qanlı Ay tutulmasını canlı izləmək imkanı əldə edəcəklər. Bu, həm astronomiya həvəskarları, həm də adi müşahidəçilər üçün unudulmaz bir gecə olacaq.

Tarix
2025.09.02 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanladı

İlham Əliyev Xı Yınfenlə görüşdü

İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Pakistandan Azərbaycana dəstək...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla