Yuxarı

Həbsdə olan erməni terrorçu aclıq elan edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan erməni terrorçu aclıq elan edib?

Erməni KİV-də Azərbaycanda həbsdə olan, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkum hazırda cəzasını çəkir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.

Tarix
2025.09.02 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla