Yuxarı

Xaricdən qızıl gətirənlərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdən qızıl gətirənlərə xəbərdarlıq

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında hazırlanıb.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qaydalara edilmiş dəyişikliklərdən biri fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən qiymətli metallar və qiymətli daşlarla bağlıdır.

Dəyişikliyə əsasən hər bir fiziki şəxs ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı gömrük orqanına şifahi surətdə bəyan etməklə gömrük ərazisinə gətirə bilərlər.

Malların ümumi gömrük dəyəri göstərilən məbləğlərdən artıq olduqda isə qaydaların 1 nömrəli əlavəsinə 5-ci bəndinə uyğun olaraq yazılı surətdə gömrük orqanlarına bəyan olunmaqla, ümumi gömrük dəyərindən yuxarıda göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla həmin malların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Qaydalar dərc edildiyi gündən (12 iyul) 30 gün sonra qüvvəyə minəcək.

Tarix
2016.07.12 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla