Yuxarı

Axar.Az Logo carnation

Bakıda bu nişan hər yerə qoyulur – Problem yaranır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu nişan hər yerə qoyulur – Problem yaranır

STOP - 2.5 nişanıdır və “Dayanmadan keçmək qadağandır” adlanır. Sürücü bu nişanın tələbinə əsasən mütləq dayanmalıdır. “Dayanmadan keçmək qadağandır” yalnız xüsusi hallarda – görmə məsafəsi məhdud olduqda yolayrıcılarında, bitişik ərazilərdən çıxışlarda və ya dəmir yolu keçidlərində qoyulmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov deyib.

Ekspert qeyd edib ki, digər hallarda sürücüyə yalnız yol verməyin zəruri olduğu halda dayanmaq öhdəliyi qoyan 2.4 – “Yol ver” nişanı quraşdırılmalıdır:

“Yol ver” nişanı elə yerlərdə qoyulur ki, sürücü baş yola çıxmazdan əvvəl hər iki tərəfi kifayət qədər görə bilir. Bu halda sürücü yalnız lazım gələrsə dayanır, yol boşdursa, dayanmadan hərəkəti davam etdirə bilər. Bu prosesi həyata keçirən mühəndislər əvvəlcə yolun görünmə məsafəsini ölçür, sonra uyğun nişanı seçirlər. Dünyanın hər yerində standart belədir”.

Ərşad Hüseynov əlavə edib ki, bir çox ölkədə 2.5 nişanlarının tətbiqi üzrə yeni yanaşmalar formalaşıb və qonşu dövlətlər də bu təcrübəni tətbiq edir:

“Bizdə isə nişanlarla, o cümlədən STOP nişanları ilə bağlı problemlər var. Bəzən onların lüzumsuz yerlərdə quraşdırıldığını görə bilərik. Bu da sürücülərdə qaydaya qarşı etinasızlıq yaradır. Bu yanlış yanaşma sürücüləri həmin nişana əməl etməməyə sövq edir, nəticədə həqiqətən vacib yerlərdə də qayda pozulur və qəza riski artır”.

Ekspertin sözlərinə görə, belə halların aradan qaldırılması vacibdir:

“STOP nişanı yalnız həqiqətən tələb olunan yerlərdə qoyulmalıdır. Əks halda yol hərəkətində təhlükəsizlik zəifləyir”.

Tarix
2025.09.03 / 13:01
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

Azərbaycan və Ermənistan bunu nümayiş etdirməlidir...

Müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq - Prezident

İlham Əliyev Davosda bu iclasda iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla