Yuxarı

FHN dəyirmi masa keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN dəyirmi masa keçirdi

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə "Neft Dağılmalarına Qarşı Hazırlığın Regional Təşəbbüsü" (OSPRI) şirkəti ilə birlikdə neft dağılmalarına qarşı hazırlıq və cavabvermə tədbirləri üzrə "dəyirmi masa" keçirilib.

FHN-dən Axar.az-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd dənizdə mümkün neft dağılmalarına qarşı hazırlığın müzakirəsi və beynəlxalq təcrübənin bölüşülməsi, Aktau Protokolu çərçivəsində regionda əməkdaşlıq imkanlarının müzakirəsindən ibarət olub.

Tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının, SOCAR və BP-nin nümayəndələri iştirak ediblər.

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Piri Quluzadə tədbirin mahiyyətindən danışıb, belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, bu cür tədbirlərdə qazanılan nəzəri təcrübələr neft sahəsində baş verə biləcək hadisələrin nəticələrinin aradan qaldırılmasında, belə hallara çevik reaksiya verilməsində mühüm rol oynayır.

OSPRI-nin meneceri Peter Taylor iştirakçılara tədbir haqda məlumat verib, təmsil etdiyi qurumun yaranma səbəbi və məqsədlərindən söhbət açıb. Bildirib ki, şirkətin əsas fəaliyyəti neft dağılmalarına qarşı aidiyyəti orqanlar arasında əlaqələndirici funksiyanı yerinə yetirməkdir.

Çıxış edən natiqlər Azərbaycanın neft dağılmalarına qarşı milli tədbirlər sistemi, beynəlxalq və regional əməkdaşlığın imkanları və onların reallaşdırılması, lokal yanğınların neft dağılmasında alət kimi istifadəsi və s. mövzularda ətraflı məlumat veriblər.

"Dəyirmi masa"ya iyulun 13-də yekun vurulacaq.

Tarix
2016.07.13 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla