Yuxarı

Maskalılar Binədə evə basqın etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskalılar Binədə evə basqın etdi - Video

Binə qəsəbəsində fərdi yaşayış evinə basqın olub. Evin xanımının boğazına bıçaq çəkən basqınçılar qızılları və pulları götürərək qaçıblar.

ANS-in məlumatına görə hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. Naməlum şəxslər qəsəbənin Südçülük sovxozu adlanan ərazisində yaşayan 36 yaşlı Nazim Baxşıyevin evinə basqın ediblər. Hadisə səhər saatlarında törədilib. Bu zaman isə evin xanımı mənzildə övladı ilə birgə olub.

Həyatə Baxşıyevanın sözlərinə görə, 3 maskalı şəxs ona yaxınlaşaraq əl-qolunu bağlayıb. Zərərçəkən əllərində silah olan maskalı şəxslərin daha sonra ona məznildə pulların yerinin deməsini tələb ediblər. Əlacsız qalan xanım pullarla yanaşı, qızıl zinət əşyalarını da naməlum şəxslərə verib. Dediyinə görə, basqın edən şəxslər onun boğazına bıçaq dirəyərək hədə-qorxu gəliblər.

İstəklərinə nail olan maskalı şəxlər əldə etdikləri qənimətləri də götürərək evi tərk ediblər. Aparılan araşdırmalar zamanı hadisəni törədən hər 2 şəxs saxlanılaraq istintaqa cəlb olunub. Digər bir nəfər isə axtarışdadır. Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.

Tarix
2016.07.13 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla