Yuxarı

"Azərsu" ingilislərə cavab verdi: "Olar..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsu" ingilislərə cavab verdi: "Olar..."

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Böyük Britaniyanın "Deyli Meyl" nəşrinin Azərbaycan əhalisinə verilən suyun insan sağlamlığı üçün təhlükəli olması barədə yazdığı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında bildirib ki, məlumat həqiqəti əks etdirmir: "İlk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və "Azərsu" ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib".

A.Cəbrayıllı bildirib ki, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icrası həyata keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb. Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub:

"İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir. Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krandan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta onu içirlər".

Tarix
2016.07.13 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla