Yuxarı

İçki, geyim, mebel istehsalı azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçki, geyim, mebel istehsalı azaldı

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, tütün məmulatlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 14,6 faiz, kağız və karton istehsalı 0,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5 faiz, hazır metal məmulatlarının istehsalı 9,4 faiz, kompüter və elektron məhsullarının istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 43,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artıb, içkilərin istehsalı 8,2 faiz, geyim istehsalı 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4 faiz, poliqrafiya məhsullarının istehsalı 3,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,9 faiz, tikinti materiallarının istehsalı 23,5 faiz, maşın və avadanlıqların istehsalı 23,0 faiz, mebel istehsalı isə 1,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,3 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4 faiz, neft sektorunda isə 0,4 faiz artıb.

Tarix
2016.07.13 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla