Yuxarı

Bakıda iki "Bakı Bus"un yarışı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki "Bakı Bus"un yarışı - Video

Bakıda yarışa çıxan "Bakı Bus" avtobusları həm sərnişinlər, həm də hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıblar.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Hadisə Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılacaq və məsələyə araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Eyni zamanda, məsələ ilə bağlı "Bakı Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib ki, Bakıda yarışa çıxan sərnişin avtobusları ilə bağlı yayılan görüntülər araşdırılır:

"Bakı Bus" MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntülərinə cavab olaraq bildiririk ki, məsələ hazırda "Bakı Bus"un aidiyyəti şöbəsi tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Tarix
2025.09.10 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla