Yuxarı

Bu prospektdə hərəkət bərpa olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu prospektdə hərəkət bərpa olunur - Foto

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. Yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun Neftçilər stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək.

Sabah səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Bu üzdən köməkçi yol sabahdan etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.

Qeyd edək ki, Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burda 2 qat olmaqla 30 min m2 sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.

Tarix
2016.07.14 / 16:27
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla