Yuxarı

“Azərsell”dən növbəti yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell”dən növbəti yenilik

Azәrbaycanın lider mobil operatoru Azərsell Telekom tәklif etdiyi xidmәtlәrin müştәrilәr tәrәfindәn daha rahat istifadәsi üçün hәr zaman son texnoloji imkanlardan yararlanaraq yeniliklәr tәtbiq edir.

Şirkətin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ölkәmizdә ilk dәfә olaraq 2011­ci ildә "Azərsell" tәrәfindәn istifadәyә verilәn Onlayn Müştәri Xidmәtlәri portalında da istifadәçilәr üçün bir sıra yeniliklәr edilib.

Daha müasir vә xoş dizaynda abunәçilәrә tәqdim edilәn Onlayn Müştәri Xidmәtlәri portalında indi qeydiyyat forması daha da sadәlәşdirilib. Azərsel müştәri xidmәtinә hansısa sualı olan vә ya öz nömrәsindә әmәliyyat aparmaq istәyәn abunәçilәr şirkәtin rәsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdәn sonra şifrә birbaşa abunәçinin mobil telefonuna göndәrilir. Saytda qeydiyyatdan keçәn abunәçilәr dәrhal müştәri xidmәtlәri әmәkdaşı ilә real zaman rejimindә söhbәt (çat) aparıb onlara istәdiklәri sualı verә vә ya nömrәdә müvafiq әmәliyyatı aparmaq imkanını әldә edә bilәr. Bundan әlavә, müştәri xidmәtlәri әmәkdaşı ilә yazışma zamanı abunәçi, ehtiyac olan zaman hәr hansı mәktub, sәnәd, vә ya fakturanı da әlavә edәrәk göndәrә bilәr.

Әn önәmli yenilik isә ondan ibarәtdir ki, indi abunәçilәr mobil telefonlarından daha rahat şәkildә onlayn müştәri xidmәtlәri portalından istifadә edә bilәr. Abunәçilәr Azərsel­in tәqdim etdiyi Onlayn Xidmәtlәrdәn aşağıdakı link vasitәsilә yararlana bilәr:

https://www.azercell.com/selfservice/client/

Onu da qeyd edәk ki, bu xidmәt xüsusilә telefona çıxışı olmayan vә ya xaricdә sәfәrdә olan müştәrilәr üçün dә faydalıdır. Onlar rominqdә ikәn beynәlxalq zәnglәrә pul xәrclәmәdәn Azərsel ilә әlaqә yaradır, xidmәtlәr vә tariflәr barәdә sualları birbaşa müştәri xidmәtlәri tәmsilçisinә yönәldirlәr. Onlayn müştәri xidmәtlәri bütün kateqoriyaya aid abunәçilәr ­ Fakturalı Xәtt, Fakturasız Xәtt (SimSim) vә Korporativ abunәçilәr üçün tәtbiq edilir.

Tarix
2016.07.14 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla