Yuxarı

113 mülkün satışına başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
113 mülkün satışına başlanıldı

"Azmont Investments" Monteneqrodakı 650 mln. avroluq (725,1 mln. dollar) premium klass "Portonovi" kurortu daxilində 113 mülkün satışına başlayıb.

APA xəbər verir ki, bu barədə "Azmont Investments" şirkətinin Müşahidə Şurasının sədri Əhməd Ərəntok deyib.

Sədr bildirib ki, 2017-ci ilin ikinci yarısında mülklərin satışı başa çatacaq və rezidentlərin istifadəsinə veriləcək. "Bununla da kurortun ilkin fazasının açılışı baş tutacaq".

A. Ərəntok əlavə edib ki, mülklərin alışı üçün müraciət edənlərin sayı həddən artıq çoxdur.

Qeyd edək ki, A. Ərəntok eyni zamanda "AtaHolding" ASC-nin Müşahidə Şurasının sədridir.

Bundan öncə xəbər verildiyi kimi, SOCAR 2018-ci ilin əvvəlinə Monteneqroda dəbdəbəli kurortun tikintisini başa çatdıracaq.

2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin 90 il müddətinə icarəsi üzrə tenderin qalibi "Triangle Investments and Development Limited" şirkəti tərəfindən təmsil olunan SOCAR şirkəti olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə Azərbaycan tərəfi "AzMont Investments" MMC təsis edib. Kurort kompleksi Kumbor şəhərində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşəcək. Yeni kompleks imkanlı müştərilər üçün nəzərdə tutulan "One&Only" kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı otel Avropada bu şəbəkənin ilk layihəsi olacaq.

Kompleksin tikintisi 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində başa çatacaq.

Bundan başqa, "AzMont İnvestments" layihənin maliyyələşdirilməsini həyata keçirmək üçün Monteneqroda bank açıb.

2015-ci ilin dekabrın 15-də isə "AzMont İnvestments" MMC Azərbaycanda nümayəndəlik açıb. MMC-nin qanuni təmsilçisi Qorxmaz Ağayevdir. Q. Ağayev bundan öncə "Caspian Development Bank" ASC-nin ("CDB Bank") Müşahidə Şurasının üzvü olub.

Tarix
2016.07.14 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni böhranın başlanğıcı: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla