Yuxarı

Bakıda ayaqyolu üstündə qan töküldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ayaqyolu üstündə qan töküldü - Video

Paytaxtın Bakıxanov qəsəbəsində qanlı hadisə baş verib. Ayaqyolu üstündə qohumlar arasında dava düşüb. Getdikcə böyüyən mübahisə nəticəsində iki qohumdan biri digərini bıçaqla vurub.

ANS-in məlumatına görə, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən kafedə bıçaqlanma baş verib. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Elvin Abbasov ayaqyoluna gedən qapının bağlı olduğunu görüb. O, ayaqyolunun qapısını bir neçə dəfə döyüb. Bu zaman orda olan qohumu ona söyüş söyüb.

Daha sonra qohumlar arasında dava düşüb və nəticədə Elvin Abbasov bıçaqlanıb. Hadisə şahidlərinin bildirdiyinə görə, cinayəti törədən şəxs polis əməkdaşları gələn zaman yerdə qan içərisində təcili yardım gözləyən qohumunun yanında olub. O, polislərə də hadisənin kim tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib. Elvin Abbasov xəstəxanaya yola salınandan sonra isə ərazidən yayınıb.

Cinayəti törədən şəxsin tutulması istiqamətində Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Tarix
2016.07.15 / 09:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla