Yuxarı

Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq

"Azərbaycanda vahid çimərlik standartları işlənib təsdiqlənməlidir".

Report xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Novxanıda nümunəvi çimərliyin açılışında deyib.

Onun sözlərinə görə, gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər.

Nazir bildirib ki, nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər ölkələrdən turistlər gəlir: "Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq. Bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır. Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkəta qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir".

Ə.Qarayev turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətlərinin araşdırıldığını da qeyd edib.

Nazir qeyd edib ki, çimərlikdə standartlara uyğun bütün tədbirlər görüləcək: "Geyinib, soyunma yerləri, sanitar qovşaqları yüksək tələblərə cavab verəcək".

Tarix
2016.07.15 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov Rusiyanın bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla