Yuxarı

2 rayonda avtomobil qəzası: 3 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 rayonda avtomobil qəzası: 3 ölü

İyulun 14-də Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsində Xırdalan şəhər sakini Zaur Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər yol-nəqliyyat hadisəsi isə Qaradağ rayonunun Pirəkəşkül qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini Zaur Qarayev idarə etdiyi "Samand" markalı avtomobili aşırıb. Z.Qarayevin sərnişini, atası Vahid hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.07.15 / 15:10
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla