Yuxarı

“Azərsell”də “Asan İmza”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell”də “Asan İmza”

Artıq "Azərsell"də "Asan İmza" sertifikatını yeniləmək mümkündür .Üç il bundan əvvəl Azərbaycanda vətəndaşların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin və dövlət qulluqçularının elektron xidmətlərdən istifadəsini asanlaşdıran mobil elektron imza sistemi – "Asan İmza" tətbiq olunmağa başlayıb.

"Azərsell"in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 2013-cü ilin iyulundan etibarən işə düşən bu xidməti mobil nömrə vasitəsilə əldə etmək mümkün olub.

"Asan İmza" dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni qazandırır, rəqəmsal şəkildə hər kəsin öz şəxsiyyətini təsdiq edərək istifadə edəcəyi əməliyyatları imzalamağa imkan verir. Azərbaycanda bu xidmətdən ilk olaraq "Azərsell" abunəçiləri istifadə edə biliblər. Çünki mobil operatorlar arasında ilk olaraq məhz "Azərsell" "Asan İmza" sisteminə qoşulub. Bu müddət ərzində minlərlə "Azərsell" abunəçisi "Asan İmza"nı əldə etməklə bu xidmətin üstünlüklərindən yararlanıb.

Bu xidmət 3 illik müddət ərzində aktiv olduğundan artıq "Asan İmza" sertifikatları və nömrələrini yeniləməyə ehtiyac yaranıb. Odur ki, "Asan İmza" xidmətindən davamlı şəkildə yararlanmaq üçün xidmətdən istifadə müddətinin növbəti 3 illik müddətə artırılması və sertifikatların yenilənməsi tələb olunur. Vətəndaşlar "Asan İmza" xidmətinin müddətini artırmaq üçün "Azərsell" müştəri xidmətləri mərkəzlərinə, eləcə də, "Azərsell" Ekspres ofislərinə müraciət edə bilərlər. "Azərsell" həmişə olduğu kimi bu xidmətdə də asan prosedur təklif edir. "Asan İmza" sahibi "Azərsell" müştəri xidmətlərində yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni SİM kart əldə edir və müvafiq ödəniş müqabilində yenidən xidmətə qoşulur. Daha sonra isə yeni sertifikatı əldə etmək üçün "ASAN Xidmət" mərkəzlərinə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etmək gərəkdir.

Qeyd edək ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün xidmətin 3 illik qiyməti 18 AZN, yeni SİM kartın təqdim olunması 3.54 AZN təşkil edir. Asan İmza SIM-kartı həm mövcud, həm də yeni nömrələrdə fəaliyyət göstərə bilər. Digər tərəfdən, "Azərsell" Fakturalı xətt sistemlərinə aid nömrələrlə yanaşı, fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrin abunəçiləri də "Asan İmza" xidmətinə qoşula bilərlər.

Tarix
2016.07.15 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla