Yuxarı

Rəşidova 24 il iş verdilər - Moskvada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşidova 24 il iş verdilər - Moskvada

Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq "Qazel" markalı yük maşınına qoyub və qaçırıb.

Moskva Dairəvi avtomobil yolunda polis N. Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N. Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N. Rəşidov polisə bıçaqla xəsarət yetirib. Xəsarətlərdən polis serjantı hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.

Tarix
2016.07.15 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla