Yuxarı

Söyüş üstündə sinif yoldaşını bıçaqlayıb öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Söyüş üstündə sinif yoldaşını bıçaqlayıb öldürdü

14:51

Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib.

Axar.az xəbər verir ki, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Report-un məlumatına görə, öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.

İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.

Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürən S.Əsgərov birinci dərsdən sonra K.İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib.

Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabad rayonunda məktəblinin qətl edilməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki ,sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-in (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Tarix
2025.09.16 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla