Yuxarı

Böyükşor gölündə suyun səviyyəsi niyə azalır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyükşor gölündə suyun səviyyəsinin azalmasına əsas səbəb ətraf ərazilərdən gölə daxil olan suların həcminin azalmasıdır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

O bildirib ki, göl qapalıdır və ora sular iki yolla daxil olur:

"Bunlardan biri ətraf ərazilərdən gələn yan axınları, digəri isə atmosfer yağıntılarıdır. Atmosfer yağıntıları gölün qidalanmasında o qədər böyük rol oynamır. Çünki ərazi quraqdır. İllik atmosfer yağıntılarının miqdarı 250 mm-dən çox olmur. Zaman-zaman bu göldə suyun səviyyəsinin qalxmasına ətraf ərazilərdən gələn çirkab suları təsir edib. Əvvəllər gölün ətrafında yaşayış olub. Bu səbəbdən çirkab sular gölə axıb. Bərpa işlərindən sonra bu məsələ aradan qaldırılıb. Buna görə də gölə daxil olan sular azalıb".

Ekspert hesab edib ki, hazırda gölün səviyyəsi optimaldır:

"Əlbəttə ki, bir qədər yuxarı olsa, daha yaxşı olar. Bu səviyyəni qorumaq üçün göl ətrafında əmələ gələn yağış sularını Böyükşora yönləndirmək lazımdır. Eləcə də ərazinin yaxınlığında tikilən hündür binalardan əmələ gələn tullantı sularını təmizləyib gölə yönləndirmək lazımdır. Yalnız bu yolla göldə suyun səviyyəsini sabit saxlamaq olar".

Tarix
2025.09.16 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla