Yuxarı

Adam tez ölərsə, pensiyası varisə veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adam tez ölərsə, pensiyası varisə veriləcək?

Pensiya yaşına çatmayan vətəndaşın pensiya kapitalının bir hissəsi ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında da təkliflər təqdim olunub.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

“Bəzi vətəndaşlarımız pensiya yaşına çatmamış dünyasını dəyişir. Ona görə, pensiyanın bir hissəsinin, hətta 30%-nin vərəsəsinə ödənməsi məsələsi iclasda təklif olunub. Dünya praktikasında pensiya kapitalının istifadəsi ilə bağlı fərqli yanaşamalar var. O cümlədən pensiya kapitalının bir hissəsinin bəzi ölkələrdə mənzil alınması üçün istifadə olunmasına icazə verilir.

Azərbaycanda da dünyasını dəyişən pensiyaçının pensiya kapitalından onun yoldaşı, əlilliyi olan övladı və 18 yaşına çatmamış uşağı istifadə edə bilir.

Müvafiq qurum tərəfindən qiymətləndirmə aparıldıqdan sonra pensiya kapitalının bir hissəsinin varisə ödənməsi məsələsi müzakirə oluna bilər. Bunun üçün maliyyə qiymətləndirməsi önəmlidir. Bütün hallarda bu istiqamətdə islahatların dərinləşməsi gözlənilir”, - o qeyd edib.

Tarix
2025.09.19 / 09:15
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla