Yuxarı

Səs yazısı yayılan məktəb direktoru ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı rəsmi açıqlama

Yasamal rayonunda yerlən 308 nömrəli məktəb direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəb və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə qeyd olunub.

Araşdırmanın nəticəsi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, iddialara görə, sözügedən məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi halları da var.

Tarix
2025.09.19 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla