Millət vəkili Q.Paşayeva 1 saylı Sağlamlıq İmkanları
Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzində fiziki imkanları
məhdud gənclərlə görüşüb və təkliflərini müvafiq qurumlarla
müzakirə edəcəyini deyib.
Axar.az xəbər verir ki, Millət vəkili Q.Paşayeva görüş zamanı
fiziki imkanları məhdud şəxslərlə bağlı dövlət səviyyəsində
görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən də danışıb
və bir millət vəkili olaraq bundan sonra da fəaliyyətində əlilləri
narahat edən məsələlərə bundan sonra da daim diqqət və önəm
verəcəyini deyib.
1. Fiziki imkanları məhdud şəxslərin inkluziv təhsili
2. 1 və 2-ci qrup lillərin ödənişli ali təhsildən azad
edilməsi
3. Qurum, təşkilat və bunalarda əlillər üçün pandusların
quraşdırılmasının surətləndirilməsi
4. İş yerlərində əlillər üçün ayrılan iş yerləri kvotaları ilə
bağlı qanunvericiliyin həyata keçirilməsinə ciddi nəzarət
5. Bakı şəhərində bir sıra bölgələrə əlillərin hərəkəti üçün
ictimai nəqliyyatın hərəkətinin təmin edilməsi
6. Bakı şəhərində istedadlı əlillərin əl işlərinin satılmasını
təmin edən bir mərkəzin olması kimi vacib məsələlərlə bağlı
təklifləri təkrar müvafiq qurumlarla müzakirə edəcəyini, fziki
imkanları məhdud insanlarımızın təkliflərini onların diqqətinə
çatdıracağını və bəzi təklifləri Milli Məclisdə səsləndirəcəyini
söyləyib.Bəzi fiziki imkanları məhdud gənclərin təkliflərini də
dinləyən millət vəkili Q.Paşayeva onlarla geniş fikir mübadiləs
aparıb və onlarla bağlı bir sıra dövlət qurumlarına millət vəkili
kimi müraciətlər edəcəyini deyib.
Millət vəkili Q.Paşayeva Mərkəzdə fiziki imkanları məhdud
şəxslər üçün təşkil olunmuş tikmə, toxuma,toxumaçılıq, oymaçılıq,
rəssamlıq, saç ustası və.s kimi kursları da ziyarət edib, kurslarda
gənclərlə geniş müzakirə aparıb və istedadlı gənclərimizə uğurlar
dilələyək bir peşəni dərindən öyrənmənin vacibliyini söyləyib və
onlarla fikir mübadiləsi aparıb. Millət vəkili eyni zamanda 1 saylı
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya Mərkəzində
Boccia Paraolimpiya oyunu klubunda gənclərlə baccia oynadı və
inanırıq ki gələcəyin çempionları sizin aranızdadır deyib onlara
böyük uğurlar diləyib və hər zaman yanınızdayıq deyib. Millət
vəkili Q.Paşayeva1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə
reablitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova, Boccia
Paraolimpiya oyunu üzrə gənclərun məşqçisi Nihat Hoca, Arabaçı
TV-nin dirketoru İlham Məhərrəmovla da geniş görüşüb və fikir
mübadiləsi aparıb.
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə reablitasiya
Mərkəzində keçirilən görüşün sonunda millət vəkili Q.Paşayeva
onlara özünün hədiyyələrini təqdim edib və ona mərkəzin rəhbəri
Rəhilə Həsrətova gənclər adından Azərbaycan adlı əsəri hədiyyə
edib. Millət vəkili Q.Paşayeva ona müraciət etmək istəyən bəzi
fiziki imkanları məhddud gəncləri də dinləyib və onları narahat
edən məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi
göstərəcəyinə söz verib.