Yuxarı

Xəstə uşağın görüntüsünü paylaşıb, pul yığan şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstə uşağın görüntüsünü paylaşıb, pul yığan şəxs saxlanıldı

Bakı şəhəri Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.az-a bildirib ki, uşağın vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı polisə məlumat daxil olub. Müraciət üzrə polis tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Tarix
2025.09.23 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə zəng etdi

Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi

Prezident və xanımı Xankəndidə Zəfər parkında - Fotolar

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla