Yuxarı

Bu istilərdə işlər dayandırılmalıdır - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu istilərdə işlər dayandırılmalıdır - Çağırış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə Selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, havanın temperaturu +41 dərəcə Selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.

Tarix
2016.07.18 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla