Yuxarı

Teleqramın qeydiyyatı ödənişli oldu - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teleqramın qeydiyyatı ödənişli oldu - Səbəb

Teleqramın qeydiyyat prosesində əlavə ödəniş tətbiq etməsinin əsas səbəbi beynəlxalq SMS təsdiqi xidmətlərinin maya dəyəri ilə bağlıdır. Azərbaycanda mobil operatorların bu xidmət üçün tətbiq etdiyi tariflər digər ölkələrlə müqayisədə daha yüksəkdir. Nəticədə Teleqram bu xərci öz üzərinə götürmək əvəzinə istifadəçilərə ötürür. Bununla yanaşı, şirkətin gəlir mənbələrini genişləndirmək cəhdi də istisna deyil.

Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov Teleqramın yeni tətbiq etdiyi ödəniş qaydası haqqında danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycanda beynəlxalq platformaların fəaliyyətində bir sıra çətinliklər mövcuddur:

“İlk növbədə, texniki və maliyyə baryerləri – SMS təsdiqi, ödəniş sistemlərinin inteqrasiyası və qlobal qiymətlərlə uyğunlaşma problemləri diqqət çəkir. Bundan əlavə, normativ-hüquqi mühitin bəzi hallarda beynəlxalq şirkətlərin fəaliyyət modellərinə uyğun gəlməməsi də onların ölkədə daha rahat xidmət göstərməsini əngəlləyir. Dil dəstəyi və lokalizasiyanın məhdudluğu isə istifadəçilərin təcrübəsinə mənfi təsir edir.

Bu qərar istifadəçilər üçün əlavə maliyyə yükü yaradır. Xüsusilə yeni qeydiyyat zamanı tələb olunan ödəniş gənclər və tələbələr kimi daha həssas qruplarda narazılıq doğura bilər. Alternativ messencerlərə maraq arta və ya qeyri-rəsmi yollarla – məsələn, virtual nömrələr vasitəsilə qeydiyyata cəhdlər çoxala bilər. Bu isə həm təhlükəsizlik, həm də istifadəçi rahatlığı baxımından arzuolunan deyil”.

Elvin Abbasov əlavə edib ki, belə halların ölkənin rəqəmsal mühitinə təsiri daha genişdir:

“Yüksək beynəlxalq SMS tarifləri qlobal şirkətlərin Azərbaycanda xidmət göstərməsini çətinləşdirir və istifadəçilərdə “rəqəmsal xidmətlər bahadır” təsəvvürü yaradır. Bu isə ölkənin rəqəmsal transformasiya prosesinə mənfi təsir göstərə, həmçinin Azərbaycanın beynəlxalq texnoloji imicinə zərər verə bilər. Problemin uzun müddət həll olunmaması ölkənin rəqabət qabiliyyətinə də mənfi təsir göstərəcək”.

Tarix
2025.10.02 / 14:04
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla