Yuxarı

Azərbaycan və Özbəkistan DÇ-yə ev sahibliyi edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Özbəkistan DÇ-yə ev sahibliyi edəcək

Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Axar.az xəbər verir ki, bu gün FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şövkət Mirziyayevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir. AFFA Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığını bildirib.

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək. İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar. Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər. Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Tarix
2025.10.02 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prinsipial dəstəyə görə Əliyevə təşəkkür edirəm - Zelenski

Səhər Paşinyanla, günorta isə Əliyevlə... - Makron

İlham Əliyev Makronla görüşdü

Prezident Dik Şufla görüşdü

İlham Əliyev Zelenski ilə görüşdü - Foto

Azərbaycan-Özbəkistan əlaqələri... - Prezident

İsmayılovun aldığı və verdiyi "medalların" siyahısı şok edir

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir

Əliyev Meloni ilə görüşdü - Foto

İlham Əliyev Mirziyayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla