Yuxarı

Sərxoş vəziyyətdə Formula-1 yoluna çıxan şəxs həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərxoş vəziyyətdə Formula-1 yoluna çıxan şəxs həbs edildi

Bakıda spirtli içki qəbul edib Formula-1 yarışının keçirildiyi yola çıxan şəxs həbs edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev (adı və soyadı şərtidir) metronun "Sahil" stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan Daxili Qoşunların (DQ) əməkdaşlarına yaxınlaşaraq, həmin yolla hərəkət etmək istədiyini bildirib, yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. DQ əməkdaşları onunla söhbət apararaq yolun "Formula-1" Qran-prisi ilə bağlı bağlanıldığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb. O, ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən C.Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə C.Quliyev 30 sutka inzibati qaydada həbs edilib.

Tarix
2025.10.02 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar öndədir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla