
Tramp HƏMAS-a üç gün vaxt verdi
18:54
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Azərbaycan vətəndaşı İran xəstəxanasında köməksiz vəziyyətdə qalıb.
Axar.az xəbər verir ki, bu barədə Salyan rayon sakini Mirzə Şahsuvarov Oxu.az-a danışıb.
O qeyd edib ki, xəstəxananın pulunu ödəyə bilmədiyi üçün onu evə buraxmırlar.
"Mən dörd ildir, böyrək çatışmazlığından əziyyət çəkirəm. Yanıma iynə vurdular, o da çirk elədi. Başladı ətim çürüməyə. Sonra mən Tehrana, "Şəms" hospitalına gəldim. 14 dəfə əməliyyat olundum. Əməliyyat çox gözəl, uğurlu həyata keçdi. Axırda getdim hesabı ödəməyə, mənə elə məbləğ dedilər ki, onu ödəyə bilmədim.
Qaldım burada. Artıq bir aydır ki, qalmışam burada. Get-gedə də pul artır. Hazırda səkkiz min dollar borcum var", - deyə o bildirib.
Tarix
2025.10.03 / 17:15
|
Müəllif
Axar.az
|